“Milan” Teonu satmaq istəyir

“Milan” Teo Ernandeslə yeni müqavilə üçün danışıqlara başlamayıb. İtaliya klubu Fransa millisinin üzvünü yayda satmaq niyyətinə düşüb.

Newsport.az xəbər verir ki, 2019-cu ildə “Real”dan 22,8 milyon avroya transfer edilən sol cinah müdafiəçisi klubunu dəyişmək istəyir. “Rossonyerlər” də bunun əleyhinə deyil və dəyəri 60 milyon avroya yüksəlmiş 26 yaşlı futbolçu üçün gələcək təkliflərə baxacaq.

Teonun mövcud müqaviləsi 2026-cı ilin yayında bitəcək. Bu səbəbdən “Milan” yeni müqavilə bağlayıb maaş artımına getməyə lüzum görmür.

Müdafiəçinin əsas müştərisi “”Bayern”dir. Almanlar yayda “Real”a gedəcəyi gözlənilən Alfonso Devisə ən layiqli əvəzedici kimi məhz Ernandesi görür. Bir sıra İngiltərə və Səudiyyə Ərəbistanı klubları da onun xidmətində maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right