“Bolonya”nın hücumçusu Coşua Zirkze karyerasını harada davam etdirəcəyinə qərar verib.
Newsport.az-ın məlumatına görə, “Bayern”in sabiq futbolçusu A Seriyasında qalaraq “Milan”a keçmək niyyətindədir.
Zirkzenin xidmətində daha üç klub maraqlıdır. Niderlandlı futbolçu üçün İtaliya A Seriyasından “Yuventus”, İngiltərə Premyer Liqasından isə “Arsenal” və “Mançester Yunayted” klubları mübarizə aparır. Buna baxmayaraq, o özü “Milan”a keçməyə üstünlük verir.
Zirkze bu mövsüm İtaliya çempionatında 28 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.