“Beşiktaş”dən “Başakşəhər”lə heç-heçə

Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son gündə 2 oyun baş tutub.

“Başakşəhər”lə qarşılaşan “Beşiktaş” səfərdən 1 xalla dönüb. “Samsunspor” – “Pendikspor” matçında isə qapılara qol vurulmayıb.

Hazırda 84 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 82 xalla 2-ci, “Trabzonspor” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Beşiktaş”ın 47, “Kasımpaşa”nın 46, “Rizəspor”un 45, “Başakşəhər”in 43, “Antalyaspor” və “Alanyaspor”un 42, “Sivasspor”un 41 xalı var.

Türkiyə Super Liqası
31-ci tur
2 aprel

İstanbulspor – Rizəspor 0:4
Qollar: Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.

Antalyaspor – Ankaragücü 1:1
Qollar: E.Yeşilyurt, 40 – E.Bekiroğlu, 64.

Qalatasaray – Hatayspor 1:0
Qol: İkardi, 12.

Qaziantep – Alanyaspor 0:3
Qollar: Koka, 6; 72. O.Aydın, 32.

3 aprel

Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Manay, 88.

Fənərbaxça – Adana Dəmirspor 4:2
Qollar: Djiku, 17. Dzeko, 51. Tadiç, 70. S.Dursun, 85 – Balotelli, 25. Y.Barasi, 80.

Kayserispor – Kasımpaşa 0:2
Qol: Da Kosta, 22. Hayradinoviç, 56.

Konyaspor – Trabzonspor 1:3
Qollar: Nzonzi, 79 – Trezeqe, 19. Vişça, 59-pen. Fountas, 89.

4 aprel

Başakşəhər – Beşiktaş 1:1
Qollar: E.İlkhan, 90+5 – Kolli, 16.

Samsunspor – Pendikspor 0:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right