"Barselona"nın futbolçusu "Beşiktaş"a keçə bilər

"Barselona"nın futbolçusu Oriol Romeu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş" 32 yaşlı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Qara qartallar" əsas heyətdə şans qazanmayan təcrübəli yarımmüdafiəçi üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Barselona" Oriol Romeunu mövsümün əvvəlində "Jirona"dan transfer edib. İspan futbolçu komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Pnun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right