"Qalatasaray"ın istədiyi futbolçu Bundesliqa klubuna keçd

"Qalatasaray"ın transfer etmək istədiyi Eren Dinkçi Bundesliqada klubunu dəyişib.

Newsport.az xəbər verir ki, "Verder"in futbolçusu "Frayburq"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Frayburq" türk futbolçunun müqaviləsində yer alan 5 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. 

Almaniya U-21 millisinin üzvü mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Eren Dinkçi bu mövsümü icarə əsasında "Haydenheym"da keçirir. O, komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yada qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right