"Olimpiakos"un sabiq üzvü karyerasını başa vurdu, "Qarabağ"ı unutmadı

“Qarabağ”ın keçmiş futbolçusu Tarik Elyunissi karyerası ilə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, norveçli aktiv futbolçu karyerasını başa vurub.Bununla bağlı instaqram səhifəsində paylaşım edən Elyunissi legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib. Bununla yanaşı, oynadığı müxtəlif klubların formasında fotolarını paylaşmağı da unutmayıb:

“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!".

36 yaşlı sabiq futbolçu “Fredrikstad”, “Heerenven”, “Lillestrom”, “Rosenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK, “Şonan Bellmare”də oynayıb. O, 2017/2018 mövsümündə “Olimpiakos”dan “Qarabağ”a icarəyə verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right