Ramil son dəqiqədə penalti qazandı, "Kocaelispor" qalib gəldi

Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda"Göztepe"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 85-ci dəqiqədə meydana daxil olub. O, 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb.

28 turdan sonra 48 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right