Milli komandanın yeni baş məşqçisi açıqlandı

Futbol üzrə Kamerun milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Afrika təmsilçisini Mark Bris çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Belçikalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Kamerun milli komandasının son baş məşqçisi Riqober Sonq olub. Mark Bris isə son olaraq ölkəsində "Leven" klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right