"Trabzonspor" - "Fənərbaxça" matçının cəzaları açıqlandı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Super Liqanın 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verən olaylarla bağlı cəzaları açıqlayıb.

Newsport.az-ın məlumatına görə, azarkeşlər meydana girib futbolçuların üzərinə hücum etdiyi üçün Qara Dəniz təmsilçisinə ağır cəza verilib. Belə ki, "Trabzonspor" 6 ev oyununu azarkeşsiz keçirəcək.

Bundan əlavə rəqib futbolçunu vurduğu üçün "Trabzonspor"un məqşçisi Egemen Korkmaz 1 oyunluq cəzalanıb.

"Fənərbaxça"dan iki futbolçu cəzalanıb. Müdafiəçi Ceyden Ostervolde və qapıçı İrfan Can Eyribayat 1 oyunluq diskvalifikasiya olunub. "Fənərbaxça"nın digər futbolçusu Brayt Osayi-Samuelə isə cəza verilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right