Türkiyə Super Liqasında 31-ci turun görüşləri keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Fənərbaxça"nın qonağıdır.
Komandaların bu oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Şahruddin matça ilk "11-lik"də başlayacaq.
Qeyd edək ki, "Fənərbaxça" - "Adana Demirspor" qarşılaşması Bakı vaxtilə saat 21:30-da başlayacaq.