"Qalatasaray"ın futbolçusu İspaniya klubuna keçir

Müqavilə ilə "Qalatasaray"a məxsus olan Nikolo Zaniolo karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, "Aston Villa"da icarə əsasında çıxış edən italiyalı "Atletiko" ilə danışıq aparır.

Madrid klubu 24 yaşlı yarımmüdafiəçi üçün artıq hərəkətə keçib və "Qalatasaray"dan ilkin razılıq alıb.

Onun yayda "Atletiko" ilə üç illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Zaniolonun "Qalatasaray"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Mövsümün əvvəlində isə vinger "Aston Villa"ya bir mövsümlük icarəyə verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right