Tufan Sadıqov Premyer Liqaya birbaşa vəsiqə istəyir

Rusiyanın Birinci Liqasında çıxış edən “Ximki” komandasının sahibi Tufan Sadıqov komandasının Premyer Liqaya çıxma şansı haqqında danışıb. Azərbaycanlı biznesmen güclülər dəstəsinə birbaşa çıxa biləcəklərinə inanır.

Xatırladaq ki, 24 turdan sonra Moskva vilayətinin komandası birinci pillədədir. Onlar ən yaxın izləyicisi olan “Akron”u əlavə göstəricilərə görə qabaqlayır. 3-cü və 4-cü pillələrdə qərarlaşan “Dinamo” və “Arsenal” liderlərdən 1 xal geri qalır.

Rusiya Premyer Liqasına iki komanda birbaşa vəsiqə qazanır. Daha iki komanda isə keçid oyunlarında iştirak edir.

“Komanda qarşısında qoyulan vəzifə hər kəsə bəllidir. Premyer Liqaya birbaşa vəsiqə qazanmalıyıq. Bunu yerinə yetirmək lazımdır”, – deyə Tufan Sadıqov bildirib.

Əlavə edək ki, komandada Tufan Sadıqovun oğlu da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right