Millimizin üzvü yeni mövsümə başqa klubda başlaya bilər ölkəni dəyişməyəcək

Milli komandamızın üzvü Rahil Məmmədov "LKS Lodz"dan ayrıla bilər.

Newsport.az saytına verilən məlumata görə, müdafiəçiyə Polşanın digər klublarından təkliflər var. Əldə etdiyimiz informasiyaya əsasən, Məmmədovun hazırkı komandası mövsümün sonunda aşağı liqaya düşərsə, o, yeni sezona Ekstraklasanın başqa klubunda başlayacaq. 

Yeni komandaya keçmək isə onun üçün problem olmayacaq. Məsələ burasındadır ki, Rahil "LKS Lodz"la 1,5 illik müqavilə imzalayarkən, klub aşağı liqaya düşərsə, oradan ayrıla biləcəyi ilə bağlı razılıq əldə edilib.

Lodz təmsilçisi yüksək liqada yerini qoruya bilməsə, Məmmədov azad agent statusu daşıyacaq. Əlavə edək ki, "LKS Lodz" 26 turdan sonra 17 xalla sonuncu pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right