Lokomotiv"in forvardı: "Azərbaycanda oynamağım mənim üçün faydalı oldu"

"Turan Tovuz"un sabiq forvardı, bir müddət əvvəl Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubuna keçən Martin Petkov Azərbaycan Futbol Premyer Liqasındakı performansından danışıb.

Newsport.az xəbər verir ki, “Мач Телеграф”a danışan bolqarıstanlı hücumçu Premyer Liqamızdakı çıxışını belə xatırlayıb:

“Azərbaycanda olmağım pozitiv idi. Əvvəlcə hər şey mənə yad görünürdü, oradakı futbol haqqında o qədər də məlumatım yox idi. Mən ancaq bu ölkədə olmuş və oynamış insanlarla danışmışdım. Azərbaycan futbolu haqqında mənə yaxın dostum Simeon Slavçev mənə danışdı. O, mənə çempionat və orada mübarizə aparan komandalar haqqında çox şey söyləmişdi. Orada futbolun səviyyəsi yaxşıdır. “Qarabağ” lider komandadır və onların Avropa Liqasında nə qədər irəlilədiyini hamımız görmüşük. Onlar “Bayer”ə qalib gəlməyə yaxın idilər (2:2, 2:3). Azərbaycanda çoxlu sayda bolqarıstanlı futbolçular oynamışdı. Bu mənim üçün faydalı təcrübə oldu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right