“Milan”ın hədəfi Gürcüstanlı futbolçu

“Milan” qapıçısı Mayk Menyanın yerinə mümkün oyunçu kimi “Valensiya”nın 23 yaşlı gürcüstanlı qolkiperi Giorgi Mamardaşvilini nəzərdən keçirir.  

Newsport.az-ın məlumatına görə, bu barədə “Tuttosport” məlumat yayıb. 

“Milan” hazırda fransalı qolkiperlə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir. Menyan ildə 8 milyon avro maaş gözləyir. İtaliya klubunun rəhbərliyi isə 28 yaşlı futbolçuya vinger Rafael Leaonun aldığı 7 milyon avrodan artıq pul ödəmək istəmir.

“Milan”ın Mamardaşvili üçün 40-50 milyon avro ödəməli olacağı vurğulanır. 

Mamardaşvili bu mövsüm bütün turnirlərdə 28 qarşılaşmada iştirak edib, onun 9-da qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right