Top-klubların istədiyi qapıçı

“Atletiko Paranaense”nin qapıçısı Bento Avropaya köçməyə yaxındı. Newsport.az xəbər verir ki, 24 yaşlı qolkiper Top-klublarının diqqətini çəkib.

Söhbət konkret olaraq “Çelsi” və “İnter”dən gedir. Adıçəkilən komandalar növbəti mövsüm çərçivəsini məhz Bentoya həvalə etmək niyyətindədi. O, İngiltərə ilə yoxlama oyununda (1:0) Braziliya millisində debüt edib.

Qeyd edək ki, “Atletiko Paranaense” daha əvvəl 15 milyon avro qarşılığında qapıçısını satmaq təklifini rədd etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right