"Roma"nın baş məşqçisi "Fiorentina"nı çalışdıra bilər

“Fiorentina” “Roma”nın baş məşqçisi Daniele De Rossini baş məşqçi postuna gətirməyi planlaşdırır.

Newsport.az “Tuttosport”a istinadən xəbər verir ki, “bənövşəyilər”in rəhbərliyi hazırkı çalışdırıcısı Vinçenzo Italianonu məhz De Rossi ilə əvəz etmək istəyir.

Məsələ burasındadır ki, De Rossinin Florensiya klubunun rəhbərliyi ilə münasibəti yaxşıdır. Lakin onun “Roma”dan ayrılıb-ayrılmayacağı bəlli deyil.

De Rossi futbolçu karyerası ərzində 2001-2019-cu illərdə “Roma”, 2019-2020-ci illərdə isə “Boka Xuniors”un formasını geyinib. “Roma” hazırda  A Seriyasında 5-ci pillədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right