İngiltərə nəhənginin rəhbəri postunu tərk edəcək

Todd Bouli 2027-ci ildə “Çelsi”nin sədri vəzifəsini tərk edəcək. Newsport.az xəbər verir ki, London klubunun amerikalı şərikləri hər beş ildən bir İdarə Heyətinin sədri vəzifəsini dəyişəcəkləri barədə müqavilə bağlayıblar.

Klubun 2022-ci ildə alınmasından sonra bu vəzifəyə başlayan Todd Bouli 2026-27 mövsümünün sonunda postundan ayrılacaq. Bu vəzifəni “Clearlake Capital” investisiya şirkətinin liderlərindən olan Behdad Eqbali və ya Xose Feliçianonun tutacağı gözlənilir. “Clearlake Capital” paytaxt təmsilçisinin səhmlərinin 61,5%-nin sahibidi.

Todd Bouli öz səhmlərini saxlasa, 2032-ci ildə yenidən sədr vəzifəsinə qayıda bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right