AVRO-2024-ün favoritləri açıqlandı

“Goal” nəşri Avropa çempionatının favoritlərinin reytinqini tərtib edib. Newsport.az xəbər verir ki, kuboku qazanmaq üçün əsas namizəd Fransa hesab edilir.

Portuqaliya ikinci, Belçika üçüncü yerdədi.

Sonrakı pillələrdə müvafiq olaraq İngiltərə, Almaniya, İspaniya, İtaliya, Macarıstan, Avstriya, Niderland, Xorvatiya, Danimarka, Türkiyə, Ukrayna, Slovakiya, İsveçrə, Çexiya, Sloveniya, Rumıniya, Şotlandiya, Serbiya, Polşa, Albaniya və Gürcüstan qərarlaşıb.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right