"Yuventus" Braziliya millisində debüt edən futbolçu üçün hərəkətə keçdi

"Porto"nun müdafiəçisi Vendell “Yuventus”a keçə bilər.

Newsport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “qoca sinyora” Portuqaliyanın nəhənginin futbolçusu üçün hərəkətə keçib.

O, şənbə günü Braziliya millisinin heyətində İngiltərə görüşdə debüt edib (1:0). “Yuventus”un skautu da onun oyununu canlı izləyib.

Braziliyalının "Porto" ilə müqaviləsi 2025-ci ildə başa çatır və onun maaşı 1 milyon avrodan bir qədər çoxdur. Vendell karyerası ərzində “Londrina”, “Parana”, “Qremio”, “Bayer”(Leverkuzen) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right