Pele və Ronaldonu geridə qoydu

Braziliya millisinin hücumçusu Endrik milli komanda tarixində rekorda imza atıb.

Newsport.az xəbər verir ki, 17 yaşlı futbolçu buna İspaniya ilə yoxlama matçında (3:3) fərqlənməklə nail olub. O, ehtiyatdan meydana çıxdıqdan 4 dəqiqə sonra qol vurub. Endrik daha əvvəl İngiltərə ilə görüşdə də fərqlənib. Futbolçuya yığmada 2 qol vurmaq üçün cəmi 49 dəqiqə vaxt lazım olub. Bu isə rekord deməkdir. 

Əfsanəvi oyunçulardan olan Ronaldo iki qolu vurmaq üçün 529 dəqiqə, Pele isə 64 dəqiqə vaxt sərf edib.

Qeyd edək ki, Endrikin klubu "Palmeyras"dır. O, artıq Avropa nəhənglərinin də diqqətini cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right