"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstan yığması millimizi qonaq edəcək.
Newsport.az-ın məlumatına görə, bolqarların baş məşqçisi İvaylo Petev bu gün mətbuat nümayəndələri qarşısına çıxıb.
Təcrübəli mütəxəssi sabahkı oyunla bağlı bunları deyib:
"Dördüncü yer bizə heç nə vermir. Lakin əsas olan komandanın yaxşı oynamasıdı. Sabah yüksək səviyyədə oyun gözləyirik. Zaqrebdə olduğu kimi Azərbaycanla oyunda da yeni oyunçular olacaq. Azərbaycan futbolu yüksəlişdədi".
- Azərbaycan millisi Xorvatiyanı büdrədəndən sonra Niko Kovaçın istefası reallaşdı. Bu amil sizi də qorxutmur ki?
Bu oyundan sonra gələcəyim barəsində düşünmürəm. Yalnız sabahkı oyun haqda düşünürəm. Gələcəyi Allah bilir
- Azərbaycan sürpriz edə bilər?
-Məncə, sabah çox maraqlı oyun olacaq. Azərbaycanla matçda konsentrasiyanı ələ almalı, aqressiv oynamalı və üstünlüyü rəqibə verməməliyik. Azərbaycan yığmasının üstün tərəfləri var və biz bunu bilirik. Hər şey bizdən asılıdı.
- Ötən il "Qəbələ"dən təklif almışdınız. Niyə gələsi olmadınız?
"Qəbələ" yaxşı uğurlar qazanır. Onlar da yüksəlişdədir. Niyə gələ bilməməyimi konkret deyə bilməyəcəm. "Qəbələ"yə isə uğurlar arzu edirəm.