İtaliya nəhəngi qolkiperi ilə yeni müqavilə imzalamaq istəmir

"Milan" yeni qolkiperlə anlaşmaq istəyir.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, hazırkı qolkiper Mayk Menyan yeni müqavilə üçün çox yüksək maaş tələb etdiyindən "rossonyerlər" onu daha aşağı maaşa razılaşacaq qolkiperlə əvəzləməyi planlaşdırır.

Menyan hazırda "Milan"da illik 2,8 milyon avro qazanır. Yeni müqavilə üçün isə fransalı 8 milyon avro da tələb edə bilər.

Fransalı bu mövsüm bütün turnirlərdə 37 görüşdə meydana çıxıb, 14-də qapısının toxunulmazlığını saxlamağı bacarıb. Onun "Milan"la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2021-ci ildə "Lill"i İtaliya klubuna dəyişmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right