Xames Rodrigesin La Liqa arzusu

“San Paulo”nın yarımmüdafiəçisi Xames Rodriges karyerasını İspaniya La Liqasında davam etdirmək arzusunda olduğunu bildirib.

Newsport.az “Relevo”-ya istinadən xəbər verir ki, o, gələcəkdə La Liqaya qayıdacağına umid edir:

“Ümid edirəm ki, gələcəkdə La Liqaya qayıdacam. Bu, mənim həmişə yarışmaq istədiyim çempionatdır”.

Kolumbiyalı futbolçu 2014-2020-ci illərdə “Real”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 125 matçda iştirak edib, 37 qol vurub və 42 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right