Vlahoviç “Yuventus”un 8 milyon avroluq maaş təklifindən imtina edib

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun təklif etdiyi, maaşı ildə 8 milyon avro ola biləcək yeni müqavilədən imtina edib.

Newsport.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər olan serbiyalı futbolçu bu göstəricidə “İnter”in hücumçusu Lautaro Martineslə eyni olmaq üçün yenilənmiş müqaviləyə əsasən ildə 10 milyon avro qazanmaq istəyir.

“Yuventus”un bəzi rəhbərlərinin 24 yaşlı hücumçuya bu qədər pul ödəməyə qarşı olduğu vurğulanır.

Vlahoviç bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right