Türkiyə millisində ciddi itki

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Rıdvan Yılmaz sıradan çıxıb. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu Türkiyə yığmasının Macarıstanla keçirdiyi yoldaşlıq oyununda (0:1) ayaq əzələsindən zədə alıb. "Reyncers"in müdafiəçisi millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Türkiyə seçməsi 25 mart tarixində Avstriya ilə hazırlıq matçı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right