Di Maria Maradonanı geridə qoydu

Argentina millisi yoldaşlıq görüşündə Salvador yığmasını məğlub edib (3:0).

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Anxel Di Maria bu matçda bir məhsuldar ötürmə edib və Dieqo Maradonanı (26 məhsuldar ötürmə) keçərək, Argentina millisinin tarixində qol ötürmələrinin sayına görə ikinci yeri tutub (27 məhsuldar ötürmə).

Bu siyahıda Lionel Messi 54 məhsuldar ötürmə ilə liderdir.

Di Maria 2008-ci ilin sentyabrında Argentina millisində debüt edib. 36 yaşlı futbolçu yığmada 136 oyun keçirib və 29 qol vurub. O, milli komanda ilə birlikdə Amerika kubokunun və Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right