Dostları Dani Alveşə borc verməkdən imtina edib

Banklardan biri “Barselona”nın keçmiş müdafiəçisi Dani Alveşə İspaniya həbsxanasından çıxa bilməsi üçün 1 milyon avro kredit verməyə razılaşıb.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, martın 20-də futbolçunun apellyasiya şikayətinə baxılarkən həbsdən azad olunması üçün 1 milyon avro məbləğində girov ödəyə biləcəyi məlub olub. Alveşin dostları ona borc verməkdən imtina ediblər.

Fevralın 22-də Barselona məhkəməsi 2022-ci ildə gecə klubunda qıza təcavüz edən 40 yaşlı futbolçunu 4,5 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, braziliyalı müdafiəçi zərərçəkmişə mənəvi təzminat şəklində 150 min avro ödəməyə məcbur edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right