Luis Enrike: “Bunu yalnız Mbappe bilir”

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappenin “Real”a mümkün transferindən danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferlə bağlı qərarı fransalı futbolçunun verəcəyini bildirib:

“Mbappenin “Real”a keçməsi? Bilmirəm, heç kim bilmir. Bunu yalnız Mbappe bilir. Bütün həqiqəti və öz qərarlarını bölüşməyə qərar verdikdə, biz onları dinləməyə hazır olacağıq”.

Mbappenin yay transfer pəncərəsində böyük ehtimalla, PSJ-dən ayrılaraq karyerasını “Real”da davam etdirəcəyi bildirilir.

25 yaşlı futbolçu 2017-ci ildən PSJ-də çıxış edir. Onun Paris klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Hücumçu bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right