Premyer Liqa nəhəngləri "Real"ın ulduzunu transfer etmək istəyir

"Real"ın futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, braziliyalı hücumçunun xidmətində "Liverpul", "Arsenal", "Mançester Siti" və "Mançester Yunayted" maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Madrid təmsilçisi 23 yaşlı ön xətt oyunçusu üçün 85 milyon funt-sterlinqdən yuxarı gələnə təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib.  Braziliya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 41 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right