PSJ "Liverpul"un futbolçusunu transfer etməyi planlaşdırır

"Liverpul"un vingeri Luis Diaz PSJ-yə keçə bilər. 

Newsport.az "The Mirror"a istinadən xəbər verir ki, Paris təmsilçisi Kolumbiya millisinin üzvü üçün danışıqlara başlayıb.

PSJ 27 yaşlı yarımmüdafiəçi üçün 75 milyon avro ödəməlidir.

Diazın özünün isə "Liverpul"da qalmağa daha müsbət baxdığı bildirilir.

Onun Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna qədərdir.

Iuis bu mövsüm Premyer Liqada 27 matça çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right