"Qalatasaray" türk futbolçuya 20 milyon avro qiymət qoydu

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi türk vingerin qiymətini müəyyənləşdirib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" 23 yaşlı ön xətt oyunçusunu 20 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 xal və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2027-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right