"Bavariya"nın futbolçusu yenə zədələndi

"Bavariya"nın müdafiəçisi Saşa Boe yenidən zədələnib.

Newsport.az xəbər verir ki, zədədən yeni qayıdan fransalı futbolçu yenə sıradan çıxıb. O, ayaq əzələsindən xəsarət alıb.

23 yaşlı sağ cinah müdafiəçisi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Bavariya" Saşa Boeni qış transfer pəncərəsi zamanı "Qalatasaray"dan transfer edib. Arxa xətt oyunçusu Münhen təmsilçisinin heyətində 2 Bundesliqa matçında meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right