Bundesliqada ən çox maaş alanlar

Almaniya çempionatında ən çox maaş alan futbolçuların siyahısı təqdim olunub.

Newsport.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ilk beşlik “Bayern”in futbolçularından ibarətdir.

Ən yüksək maaşı hücumçu Harri Keyn alır – 2,1 milyon avro. 2-ci və 3-cü yerləri qapıçı Manuel Noyerlə hücumçu Tomas Müller bölüşürlər – 1,66 milyon avro.

4-cü və 5-ci sıraları yarımmüdafiəçilər Kinqsli Koman və Serj Qnabri bölüşür – 1,42 milyon avro.

“Bayer” Bundesliqanın 26 turundan sonra 60 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right