“Alonsonu baş məşqçi postuna təyin etmək asan olmayacaq”

“Bayern”in keçmiş prezidenti Uli Höness “Bayer”in baş məşqçisi Xabi Alonsonun kluba mümkün dəvətini şərh edib.

Newsport.az “ran.de”-yə istinadən xəbər verir ki, o, Alonsonu “Bayern”ə gətirməyin asan olmayacağını deyib:

“O, çox böyük komandaları çalışdıra biləcəyini sübut etdi. Lakin onu baş məşqçi postuna təyin etmək asan olmayacaq. Çünki “Liverpul”, “Real”, “Bayer” və “Bayern” kimi klublar bunun üzərində işləyir”.

42 yaşlı ispaniyalı çalışdırıcı 2022-ci ilin oktyabrından komandaya rəhbərlik edir. “Bayer” 26 turdan sonra 70 xalla Bundesliqada liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right