“İndiyədək heç bir məşqçi ilə əlaqə saxlamamışıq” “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Deku bildirib ki, “Liverpul”un çalışdırıcısı Yurgen Klopp, “Arsenal”ın baş məşqçisi Mikel Arteta və başqalarına komandaya rəhbərlik etmələri təklif olunmayıb. “Barsa”nın baş məşqçisi Xavinin cari mövsümün sonunda komandanı tərk edəcəyi daha əvvəl açıqlanmışdı.

Newsport.az “Daily Mail”-ə istinadən xəbər verir ki, klub rəsmisi indiyədək heç bir məşqçi ilə əlaqə saxlamadıqlarını bildirib:

“Hələ qərar verilməyib, biz çalışırıq. Əlbəttə, Luis Enrikeni bəyənirəm, o, top-məşqçidir. Pep Qvardiola da, Yurgen Klopp da elədir. Lakin bu mütəxəssislərlə heç bir danışıq olmayıb. Eynilə Mikel Arteta, Andoni İraola və Serxio Konseysao kimi. Biz onlarla ümumiyyətlə, danışmamışıq və onların adını çəkməyin mənası yoxdur. İndiyədək heç bir məşqçi ilə əlaqə saxlamamışıq”.

“Barselona” hazırda La Liqada 29 turdan sonra 64 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right