"Barselona" braziliyalı üçün hərəkətə keçdi

"Barselona" "Nottingem Forest"in müdafiəçisi Murilyonu transfer etməyi planlaşdırır.

Newsport.az "Football Espana"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu futbolçu üçün hərəkətə keçib.

İspaniya nəhəngi Murilyonu yayda klubdan ayrılacağı gözlənilən Jül Kounde və Andreas Kristensenin yerinə potensial olaraq görür. 

21 yaşlı braziliyalıya "Liverpul", "Arsenal", "Mançester Yunayted" və PSJ klubları da iddialıdır. Mərkəz müdafiəçisi 2023-cü ildə “Korintians”dan “Nottingem Forest”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right