"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, onun ölkəsinin bir nömrəli komandası səfərdə Ermənistanla qarşılaşıb.
İrəvanda baş tutan qarşılaşma Albaniya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Aqolli özü isə cəzalı durumda olduğu üçün bu qarşılaşmanı tribunadan izləməli olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 14-ə çatdıran Albaniya yığması qrupda ikinci yeri tutaraq, Avropa çempionatının final mərhələsinə yüksəlib.