"Spartak"ın "Neftçi" ilə oyun üçün hazırlıq planı açıqlandı

"Spartak"ın "Neftçi"yə qarşı Bakıda keçiriləcək yoldaşlıq oyununa hazırlıq planları açıqlanıb.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komanda Tarasovkadakı bazada cümə gününə qədər davam edəcək mini-toplanış keçirəcək.

Bildirilir ki, hələ ümumi qrupla məşq etməyən yarımmüdafiəçi Teo Bonqonda istisna olmaqla, “Spartak”ın baş məşqçisi Gilyermo Abaskalın sərəncamında olan bütün oyunçular, demək olar ki, oynamağa hazırdır.

“Neftçi” – “Spartak” matçı martın 23-də “Neftçi Arena” stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right