Xavi növbəti mövsüm “Barselona”da qala bilər

“Barselona”nın baş məşqçisi Xavi gələn mövsüm də Kataloniya klubunda qala bilər.

Newsport.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

Bu gün “Barselona”da heç kim məşqçinin tezliklə gedişini dəqiq həll edilmiş hesab etmir. Klub daxilində ispaniyalı məşqçinin yeni mövsümdə fəaliyyətini davam etdirməsi tamamilə mümkündür.

Xavi qərarını yanvarın sonunda İspaniya Primerasının 22-ci turunda “Vilyarreal”a 3:5 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlamışdı. İspaniyalı mütəxəssis klubun fərqli inkişaf vektoruna ehtiyacı olduğunu bildirib.

“Barselona” turnir cədvəlində 64 xalla 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right