“Qoca sinyora”nın hədəfindəki “üçlük”

“Yuventus” yay “transfer pəncərəsi”ndə prioritet hədəflərini müəyyənləşdirib. Newsport.az xəbər verir ki, turinlilər “Bavariya”nın üç futbolçusuna “elçi düşüb”.

Bunlar yarımmüdafiəçi Leon Qoretska, vinger Leroy Sane və müdafiəçi Nussair Mazrauidi. İtaliya klubu mövsümün sonunda onların hər üçünü heyətinə qatmağa çalışacaq.

Bu mövsüm “Bavariya”nın heyətində Qoretska 31 (4 qol, 7 assist), Sane 36 (8 qol, 12 assist), Mazraui isə 21 oyun keçirib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right