Hakimə hücum çəkən futbolçuya 30 illik diskvalifikasiya verildi

Fransada futbol meydanında xoşagəlməz hal yaşanıb. Newsport.az xəbər verir ki, Regional Liqada “Ormesson” və “Şampini”nin əvəzedici komandaları arasında keçirilən oyunda futbolçu hakimə hücum edib.

80-ci dəqiqəsə iki sarı vərəqə alaraq meydandan qovulan “Şampini”nin üzvü matçdan sonra hakimi və köməkçisini vurub. Buna görə o, 30 il müddətinə futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, iki il əvvəl Fransada “Sebaza” həvəskarlar komandasının qapıçısı hakimlə dava etdiyi üçün 15 illik diskvalifikasiya edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right