Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov Musa Qurbanlı haqda danışıb.
Newsport.az xəbər verir ki, sports.az-a açıqlama verən Ponomaryov "Yurqorden"də son iki oyunda meydana buraxılmayan millimizin forvardı barədə bunları deyib:
"İndi məşqçi ona şans vermir deyə psixoloji olaraq çətindi. Amma Musa çox peşəkar futbolçudu. Futbolda hər an hər şey dəyişə bilər. Əlbəttə, mütləq şans qazanacaq. "Yurqorden"də çox hücumçu yoxdu. Yeni aldıqları Deniz Hümmet bir neçə oyundur zəif komandalara qarşı fərqlənir. Əminəm, bu matçlarda Musa meydanda olsa idi, o da mütləq qollar vurardı. Futbolda şans veriləndə istifadə etməlisən. Deniz Hümmet qol vurmayacaq, məşqçilər Musaya güvənəcək.
Onun gələcəyini çox işıqlı görürəm. İndi burda püxtələşir. "Yurqorden" onun üçün tramplindi. Futbolçu belə çətinliklərdən keçə-keçə öyrənir, böyüyür. Bu onun xarakterini gücləndirir və futbolçu kimi daha da inkişaf etdirir. Musanın parlaq peşəkar karyerası olacaq. Çünki çox yaxşı futbolçu və insandı".