İnfantino Türkiyədəki qalmaqaldan danışdı: "Məsuliyyətə cəlb edilməlidirlər"

FİFA-nın prezidenti Canni İnfantino Türkiyə Superliqasının "Trabzonspor" - "Fənərbaxça" matçından (2:3) sonra baş verənlərlə bağlı danışıb.

Newsport.az xəbər verir ki, sözügedən matçın final fiti səsləndikdən sonra qalmaqal yaşanıb.  "Fənərbaxça" futbolçuları qazandıqları qələbəni qeyd edərkən "Trabzonspor"un azarkeşləri meydana daxil olublar. Onlar İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. Bu vaxt tərəflər arasında dava olub. Davaya təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Daha sonra isə "Fənərbaxça" futbolçuları paltardəyişmə otağına yollanıblar. 

İnfantino isə açıqlamasında həmin azarkeşlərin cəzalandırılmalı olduğunu vurğulayıb: 

“Superliqanın “Trabzonspor” – “Fənərbaxça” matçından sonra edilən bu zorakılıq tamamilə qəbuledilməzdir. İstər meydanda, istərsə də meydandan kənarda. İdmanda və cəmiyyətimizdə belə hadisələrə yeri yoxdur. Mən bunu əvvəllər demişdim və yenə də deyirəm - futbolda hər bir futbolçu dünyada bir çox insana böyük sevinc gətirən bu oyunu oynamaq üçün təhlükəsiz olmalıdır. Mən aidiyyatı qurumları bütün səviyyələrdə bu qaydaya əməl olunmasını təmin etməyə və Trabzonda baş verən sarsıdıcı hadisələrə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıram”.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama yayaraq məsələ ilə əlaqədar araşdırmalara başladıqlarını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right