Uğurlu seriyaya son

İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Yunayted” “Liverpul”a əlavə edilmiş dəqiqələrdə vurduğu qollar sayəsində 4:3 hesabı ilə qalib gəlib. Newsport.az xəbər verir ki, bu qarşılaşmada “qırmızılar”ın uğurlu seriyası qırılıb.

Yurgen Kloppun yetirmələri 9 matçdan sonra ilk məğlubiyyətini alıb. Buna qədər komanda keçirdiyi 9 görüşün 8-də qələbə qazanmış, 1-də heç-heçə etmişdi. “Liverpul” sonuncu yenilgisini fevralın 4-də “Arsenal”dan (1:3) almışdı.

Qeyd edək ki, görüşün 90 dəqiqəsi 2:2 hesabı ilə yekunlaşıb. Əlavə edilmiş 30 dəqiqəsə “Mançester Yunayted” rəqibini üstələyərək, yarımfinala yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right