Argentina millisinin kapitanı Lionel Messi yığmanın qarşıdakı yoldaşlıq görüşlərini buraxacaq.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu Argentina millisinin qarşıdakı yoldaşlıq oyunlarında iştirak etməyəcək.
O, “İnter Mayami”nin heyətində zədələnib.
Argentina millisi ABŞ-da iki yoldaşlıq oyunu keçirəcək. Argentinalılar martın 23-də Salvador, martın 26-da isə Kosta-Rika ilə qarşılaşacaq.