“Tottenhem” darmadağına üzüldü

İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

Newsport.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Luton Taun” – “Nottingem Forest” matçında qalib müəyyənləşməyib.

“Börnli” “Brentford”u, “Fulhem” isə “Tottenhem”i məğlub yola salıb.

Bu turun “Arsenal” – “Çelsi”, “Kristal Pelas” – “Nyukasl”, “Mançester Yunayted” – “Şeffild Yunayted”, “Vulverhempton” – “Bornmut”, “Everton” – “Liverpul” və “Brayton” – “Mançester Siti” oyunları İngiltərə kubokunun 1/4 final mərhələsinin görüşlərinə görə təxirə salınıb.

İngiltərə Premyer Liqası
29-cu tur
16 mart

Börnli – Brentford 2:1
Qollar: Larsen, 10-pen. Fofana, 62 – Ayer, 83.

Luton Taun – Nottingem Forest 1:1
Qollar: Berri, 89 – Vud, 34.

Fulhem – Tottenhem 3:0
Qollar: Munis, 42; 61. Lukiç, 49.

17 mart

18:00. Vest Hem – Aston Villa





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right