Dani Alveş azadlığa buraxıla bilər

Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alveş 2022-ci ilin sonunda bir qıza təcavüz etməkdə təqsirli bilinərək həbsdə saxlandığı həbsxanadan müvəqqəti azadlığa çıxa bilər.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, futbolçunun müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılacağı bildirilib.

Martın 19-da Alveşin müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılacaq dinləmələr keçiriləcək. Bu petisiya qəbul olunarsa, braziliyalı futbolçu hökm qanuni qüvvəyə minənə qədər azadlıqda qalacaq.

Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl onun vəkili bu cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right