Ronaldo Messini seçdi

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Kriştiano Ronaldo ilə Lionel Messi arasında seçim edib.

Newsport.az “Mail Sport Football”-a istinadən xəbər verir ki, keçmiş brazilyalı hücumçu tərəddüd etmədən argentinalını seçdiyini bildirib:

“Ronaldo, yoxsa Messi? Tərəddüdsüz argentinalı”.

Eyni zamanda, o, Paolo Maldinini ən yaxşı müdafiəçi, Kilian Mbappeni isə hazırda ən yaxşı hücumçu adlandırıb.

Həmçinin, 47 yaşlı braziliyalı bütün dövrlərin simvolik komandasını da açıqlayıb: Canluici Buffon, Kafu, Paolo Maldini, Fabio Kannavaro, Roberto Karlos, Zinəddin Zidan, Dieqo Maradona, Pele, Lionel Messi, Ronaldo, Kriştiano Ronaldo.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right