Ozan Can oynadı, komandası səfərdə heç-heçə etdi

Futbol üzrə Niderland I Divizionunda 31-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Dortrext"in qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib.

31 oyun keçirən "Eyndhoven" 38 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right